Dekabrın 5-dən şagird sayı 500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin növbəti mərhələsi olan müsahibə mərhələsinə başlanılıb.
Bu mərhələdə 71 nəfər namizədin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.
Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.
Mərkəzi Aran Regional Təhsil İdarəsi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzu edir!