23.12.2022

Kürdəmirdə məktəb rəhbərləri və müəllimlərlə görüş keçirilib

Dekabrın 23-də Kürdəmir şəhəri R.Quliyev adına 5 nömrəli tam orta məktəbdə rayonun ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib. Görüşdə Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfail Məmmədov, sektor müvafiq əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, həmçinin 4-cü siniflərdə tədris aparan əsas fənn müəllimləri və 9-cu siniflərin fənn buraxılış imtahan müəllimləri iştirak ediblər.

Görüşdə məktəblər üzrə statistik təhlillər aparılıb, habelə rayondaxili 4 və 9-cu siniflər üzrə keçirilmiş monitorinqin nəticələri müzakirə edilib.

Sonda qarşıda duran hədəflər diqqətə çatdırılıb və iştirakçıların sualları cavablandırılıb.


Açar sözlər: ,