27.12.2022

Psixoloqlarla görüş keçirilib

Dekabrın 26-da Mingəçevir şəhəri R.Qəhrəmanov adına 14 nömrəli tam orta məktəbdə Mingəçevir şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin psixoloqları ilə görüş keçirilib.

Görüşdə Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova, təhsil sektorunun müvafiq əməkdaşları və ümumi təhsil müəssisələrinin psixoloqları iştirak ediblər.

Görüş zamanı psixoloqların işinə dair keçirilmiş monitorinqin nəticələri müzakirə olunub.

Sektor müdiri Sevinc Həsənova hər məktəbin özünə yaxın məktəbəqədər təhsil müəssisələrində uşaqlarla görüşün təşkili və müsbət nəticələri haqqında danışıb. Eyni zamanda psixoloqların iş fəaliyyətində qarşılaşdıqları problemləri bildirib.

Sonda psixoloqların səmərəli işinin təşkili ilə bağlı təkliflər verilib.

 


Açar sözlər: ,