28.12.2022

Məktəblilər “Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsinin qalibi olublar

Dekabrın 26-da "Kod saatı" qlobal hərəkatı çərçivəsində Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə birgə IV-IX sinif şagirdləri üçün təşkil etdiyi “Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” respublika müsabiqəsində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 5 nəfər şagird qalib olub.

Qeyd edək ki, sözügedən müsabiqənin finalında Mərkəzi Aran RTİ üzrə 30 nəfər şagird iştirak edib.

Müsabiqənin keçirilməsində əsas məqsəd qlobal “Kod saatı” hərəkatının davamı olaraq məktəblilər arasında kompüter elmləri və proqramlaşdırmanın təbliği, eləcə də gənc nəslin bu sahəyə olan marağının artırılmasından ibarətdir.

Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.

 

Qalibləri Sizlərə təqdim edirik:

I yer – Məhərrəmli Nəzrin Seymur qızı – Göyçay şəhəri R.Rza adına 1 nömrəli tam orta məktəbin şagirdi

I yer – Məhərrəmli Nazlı Seymur qızı - Göyçay şəhəri R.Rza adına 1 nömrəli tam orta məktəbin şagirdi

II yer – Əsgərli Zəhra Nail qızı – Mingəçevir şəhəri Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin şagirdi

II yer – Abuşov İsmayıl Elçin oğlu - Mingəçevir şəhəri Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin şagirdi

II yer - Həsənova Nurcan Vahid qızı - Mingəçevir şəhəri R.Muradov adına Texniki humanitar liseyin şagirdi

“Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsində iştirak edən və qalib olan bütün şagirdləri təbrik edir və hər birinə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,