Yanvarın 26-dan Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan 52 ümumi təhsil müəssisəsi arasında pedaqoji əməkdaşlığa start verilib.
Yevlax şəhəri M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, təhsil sektorlarının müdirləri və pedaqoji əməkdaşlığa başlanılan ümumi təhsil müəsissələrinin direktorları iştirak ediblər.
Görüşdə çıxış edən təhsil idarəsinin müdiri Elçin Kərimov tərəfindən ilk olaraq pedaqoji əməkdaşlıq olunacaq təhsil müəssisələri müəyyən edilib, həmçinin əməkdaşlıq çərçivəsində görüləcək işlər barəsində Fəaliyyət Planı təqdim olunub.
Pedaqoji əməkdaşlığın qurulmasında məqsəd qabaqcıl pedaqoji iş tərcübəsinin öyrənilməsi və yayılması, metodiki işin təşkilinin təkmilləşdirilməsi, məktəblərin və müəllimlərin təcrübə mübadiləsinin təşkil edilməsi və tədrisin keyfiyyətinin artırılmasından ibarətdir.
Qeyd edək ki, gələcəkdə bu əməkdaşlığın digər təhsil müəssisələri arasında da tətbiqi və inkişaf etdirilməsi nəzərdə tutulur.