01.02.2023

 "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib

Fevralın 1-də  “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə əlaqədar Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi şəhər və rayonların ümumi təhsil müəssisələrində çalışan bir qrup gənc müəllimlə görüş keçirilib.

Görüşdə Ulu öndərin Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafında göstərdiyi misilsiz xidmətlərindən, eyni zamanda gənclərin dövlətin diqqət və qayğısı ilə daim əhatələndiyindən bəhs edilib.

Sonda pedaqoji fəaliyyətində və ictimai işlərdə fəallıq göstərən bir qrup gənc müəllim "Fəxri Fərman" ilə təltif edilib.


Açar sözlər: ,