02.02.2023

Ağdaşda Gənclər Gününə həsr olunan bilik yarışı keçirilib

Fevralın 1-də Ağdaş şəhəri M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü gimnaziyada Ağdaş şəhərinin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Heydər Əliyev İli” və “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə riyaziyyat fənni üzrə bilik yarışı keçirilib.

Keçirlən bilik yarışında Ağdaş şəhəri M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü gimnaziyanın komandası I yerə və Ağdaş şəhəri P.Babayev adına 7 nömrəli tam orta məktəbin komandası isə II yerə layiq görülüb.

Sonda qalib olan komandalar Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri Leyla Bayramova tərəfindən “Fəxri Fərman” ilə təltif edilib.

Bilik yarışının keçirilməsində məqsəd yeniyetmə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onlar arasında sağlam rəqabəti gücləndirmək və onların istedadlarının aşkara çıxarılmasından ibarətdir.

Qeyd edək ki, bilik yarışının Tədbirlər Planına uyğun olaraq cari il ərzində müxtəlif fənlər üzrə davam etdirilməsi nəzərdə tutulur.


Açar sözlər: ,