Fevralın 7-də Yevlax şəhəri İ.Nəsimi adına 3 nömrəli və Qoyunbinəsi kənd R.Rzayev adına tam orta məktəblərində rayonun 9-11-ci siniflərində təhsilalan şagirdlərə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, C.Naxçıvanski adına Hərbi Liseyə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbulun mütəşəkkil qaydada keçirilməsi məqsədilə maarifləndirici görüşlər keçirilib.
Görüşdə Yevlax rayonu üzrə təhsil sektorunun metodisti Natiq Hüseynov, Müdafiə Nazirliyin nümayəndəsi, leytenant Nurlan Musanı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Mikayıl Ağayev və ümumi təhsil müəssisələrində təhsilalan 9-11-ci sinif şagirdləri iştirak ediblər.
Görüşdə ali hərbi müəssisələrə qəbul və onun istiqamətləri ilə bağlı ətraflı məlumatlar verilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.