Fevralın 10-da Zərdab şəhəri 1 nömrəli məktəb-liseyin akt zalında rayonun ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov, sektorun müvafiq əməkdaşları və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı cari tədris ilinin birinci yarımilinin nəticələri, qarşıda duran vəzifələr, olimpiadalara hazırlığın təşkili, bağçalarda davamiyyətin və əmək intizamının möhkəmləndirilməsi və digər məsələlər müzakirə olunub.
Sonda təhsil müəssisəsi rəhbərlərinin sualları cavablandırılıb, onlara müvafiq tapşırıq və tövsiyələr verilib.