13.02.2023

“Ekoloji təmiz məhsul və Aqrobiomüxtəliflik" mövzusunda IV Respublika müsabiqəsinin final mərhələsi keçirilib

8-10 fevral tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlığı çərçivəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin PHŞ-nin təşəbbüsü və təşkilatçılığı ilə “Ekoloji təmiz məhsul və Aqrobiomüxtəliflik" mövzusunda IV Respublika müsabiqəsinin final mərhələsi keçirilib.

Müsabiqədə Mingəçevir şəhəri Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Ekoklub” dərnəyi (dərnək rəhbəri Əhmədova Ruzanə,komanda üzvü Əhmədli İnci) “Tərəvəzçilik” və “Yaşıl arxitektura” dərnəkləri (dərnək rəhbəri Allahverdiyeva Çinarə, komanda üzvü Paşayeva Cahan,) "Gülçülük” nominasiyaları üzrə iştirak ediblər.

Müsabiqədə 3000 məktəbli iştirak edib. Final mərhələsinə isə 100 nəfər vəsiqə qazanıb.

Final mərhələsində ”Yaşıl arxitektura” dərnəyinin komandası “Gülçülük” nominasiyası üzrə I yerin qalibi olub. Diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. “Ekoklub” dərnəyinin komandası isə sertifikat və hədiyyələr qazanıb.

 


Açar sözlər: ,  ,  ,  ,