17.02.2023

Şagird davranış qaydalarının pilot olaraq tətbiqinə başlanılır

Fevralın 17-də Mərkəzi Aran Regional Təhsil İdarəsində "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın tətbiqi ilə bağlı görüş keçirilib.

Görüşdə İdarənin struktur bölmə rəhbərləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Görüşdə "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” müzakirə olunub, qaydaların tətbiqi ilə bağlı təlimat diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, bu qaydalar təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verir. 

Sonda layihə ilə bağlı suallar cavablandırılıb, təkliflər səsləndirilib.

"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” ümumi təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi məqsədilə ölkə üzrə 300 dövlət ümumi təhsil müəssisəsində pilot layihə olaraq tətbiq edilir.

Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 22 məktəbdə bu layihənin tətbiqinə başlanılıb.


Açar sözlər: ,  ,