22.02.2023

Kürdəmirdə buraxılış imtahanı ilə əlaqədar fənn müəllimləri ilə görüş keçirilib

Fevralın 21-də Kürdəmir şəhəri R.Quliyev adına 5 nömrəli tam orta məktəbdə rayonun ümumi təhsil müəssisələrində çalışan IX sinif buraxılış imtahanlarının fənn müəllimləri ilə görüş keçirilib.

Görüşdə Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfael Məmmədov, sektorun müvafiq əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri və buraxılış imtahanlarının fənn müəllimləri iştirak ediblər.

Görüş zamanı IX siniflərdə keçirilən monitorinqin nəticələri təhlil olunub, eyni zamanda buraxılış imtahanlarına hazırlıq vəziyyəti müzakirə edilib.

Daha sonra təhsil sektorunun müdiri Rəfael Məmmədov tərəfindən müəssisə rəhbərləri və fənn müəllimlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.


Açar sözlər: ,  ,