22.02.2023

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şahmat turniri keçirilib

21-22 fevral tarixlərində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin oğlanlar və qızlar arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şahmat turniri təşkil olunub.

06-10 və 11-16 yaş qrupları arasında keçirilən, 7 turdan ibarət olan yarışda 150-ə yaxın şagird iştirak edib.

Sonda qalib olan şagirdlər Mərkəzi Aran Regional Təhsil İdarəsinin medal, diplom və qiymətli hədiyyələri ilə təltif olunub.

Qeyd edək ki, şahmat turnirinin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin bədən tərbiyəsi və idmanın inkişafında rolunun qeyd edilməsi, yeniyetmələr arasında şahmat idman növünün təbliği və inkişaf etdirilməsi, eyni zamanda respublikası miqyaslı yarışlara yığma komandaların komplektləşdirilməsindən ibarətdir.