02.03.2023

"1 mart - Ümumdünya Mülki Müdafiə Günü" tədbirləri keçirilib

Martın 1-də Mingəçevir şəhəri üzrə təhsil sektorunun tabeliyində olan bütün ümumi və məktəbəqədər təhsil müəssisələrində "Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu" mövzusunda "01 mart - Ümumdünya Mülki Müdafiə Günü" tədbirləri keçiilib. 

Təhsil müəssisələrində Ümumdünya Mülki Müdafiə Gününün keçirilməsinin əsas məqsədi fövqəladə hallar zamanı düzgün davranış qaydalarının öyrədilməsi, onlara baş verə biləcək hər hansıtəbii fəlakət, yanğın və digər hallar zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir. 

Şagirdlərəyanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi barədə məlumatlar verilib.

Hər hansı fövqəladə hadisə baş verdikdə "112" zəng xidmətindən istifadənin vacibliyi şagirdlərin diqqətinə çatdırılıb. 

 

 


Açar sözlər: ,  ,