09.03.2023

İdarə müdiri vətəndaşları qəbul edib

Martın 9-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşlar, əsasən, işlə təmin olunma, iş yerinin dəyişdirilməsi və həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.  

Təhsil İdarəsinin müdiri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Qeyd edək ki, vətəndaşlar idarə müdirinin qəbuluna yazılmaq üçün Çağrı Mərkəzinin "146-0-3" nömrəli telefonuna zəng edə, İdarənin "Qeydiyyat" bölməsinə yaxınlaşa və ya Elm və Təhsil Nazirliyinin (+994) 51 206 78 48 “Whatsapp” nömrəsinə yaza bilərlər.


Açar sözlər: