09.03.2023

Psixoloq, təsərrüfat müdiri və təsərrüfat işləri üzrə direktor müavini vəzifələrinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu davam edir

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində hazırda təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini və tam orta məktəblərdə vakant olan psixoloq vəzifələrinə işə qəbul müsabiqəsinin elektron sənəd qəbulu prosesi davam edir.

Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər martın 13-dək https://bit.ly/3yoy13T linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Müsabiqə 4 mərhələdən (elektron sənəd qəbulu, test, müsahibə və vakant yerlərin seçimi) ibarətdir.

Həmçinin bildiririk ki, sənədlərin qəbulu namizədlər üçün aşağıda qeyd olunan tələblərə müvafiq olaraq aparılacaqdır.

 

Psixoloq vəzifəsi üzrə tələblər:

psixoloq ixtisası üzrə ali təhsil;

 

Təsərrüfat müdiri vəzifəsi üzrə tələblər:

müvafiq sahə üzrə orta ixtisas təhsili, 1 ildən az olmayaraq müvafiq iş üzrə iş stajı və ya ümumi orta təhsili və 3 ildən az olmayaraq müvafiq iş üzrə iş stajı;

 

Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə tələblər:

orta ixtisas təhsili və ya ali təhsil, 3 ildən az olmayaraq əmək stajı.

 

Qeyd edək ki, tələblərə cavab verən namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar. Test imtahanında namizədlərə müvafiq vəzifə üzrə, eyni zamanda məntiqi təfəkkürün yoxlanılması və dünyagörüşü üzrə suallar təqdim ediləcək.

Test imtahanı nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Əlavə olaraq qeyd edək ki, müsahibənin nəticəsinə görə müsahibədən keçid balını toplamış, lakin təyinat almayan namizədlər 6 (altı) ay müddətində ehtiyat kadrlar siyahısına daxil ediləcəklər.

Aşağıdakı keçid vasitəsilə sözügedən vəzifələr üzrə vakant olan ümumi təhsil müəssisələri və eyni zamanda müsabiqə proqramı ilə tanış ola bilərsiniz:

 

 

Keçid linki:

Məktəb psixoloqları

Təsərrüfat müdiri və təsərrüfat işləri üzrə direktor müavini

 

Müsabiqə proqramı


Açar sözlər: ,