11.03.2023

“Gənclər kuboku” Respublika birinciliyi keçirilib 

Martın 11-də Mingəçevir Kür Olimpiya Tədris İdman Mərkəzində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təqvim planına əsasən  “Gənclər kuboku” Respublika birinciliyi keçirilib.

Yarışda Mingəçevir Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin Kayak və Kanoe Avarçəkmə idman növləri üzrə bölməsinin nəticələri uğurlu olub.

Beləliklə, idmançılarımız 200 m və 500 metrlik məsafədə uğur qazanaraq 9 qızıl, 12 gümüş və  9 bürünc medal qazanıb.


Açar sözlər: ,  ,  ,