31.03.2023

Tərbiyəçi müəllimlərlə görüş keçirilib

 

Martın 31-də Mərkəzi Aran Regional Təhsil İdarəsində tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində çalışan bir qrup tərbiyəçi müəllimlə görüş keçirilib.

Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, İnzibati təşkilat sektorunun müdiri Elmin Məmmədtağıyev, idarənin müvafiq əməkdaşları və məktəbəqədər təhsil müəssisələrində çalışan bir qrup tərbiyəçi müəllim iştirak ediblər.

Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxışında ilk olaraq idarənin tabeliyində olan məktəbəqədər təhsil müəssisələri haqqında məlumat verib, təhsilin inkişafın naminə həyata keçirilən dövlət islahatlarından danışıb.

Elçin Kərimov çıxışında məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu və MTİS proqramının icra vəziyyəti, eyni zamanda məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının mövcud vəziyyəti və bununla əlaqədar atılacaq müvafiq addımları qeyd edib, həmçinin cari ildə həyata keçirilmiş bir sıra vacib məsələləri vurğulayıb. İdarə müdiri Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən elan edilmiş “Peşəkar İdarəçi” (Pİ) müsabiqəsi barədə də danışıb. Bildirib ki, müsabiqənin məqsədi istedadlı kadrların seçilməsi və kadr ehtiyatının yaradılması, eyni zamanda karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək verməkdən ibarətdir.

Həmçinin cari ildə tərbiyəçi müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və uğur qazanan namizədlərin müvafiq vakant yerlərə təyin olunması barədə tədbir iştirakçılarına məlumat bildirib və eyni zamanda yaxın gələcəkdə məktəbəqədər təhsil müəssisələrində rəhbər və digər pedaqoji vəzifələrə işə qəbulun da mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb, tərbiyəçi müəllimləri düşündürən məsələlərə aydınlıq gətirilib.


Açar sözlər: ,