03.04.2023

Direktorların işə qəbuluna başlanılır

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu ilə bağlı sənəd qəbuluna başlanılır.

 

Namizədlər 04-11 aprel tarixlərində (iş günləri ərzində) saat 09:30-dan 18:00-dək aşağıda qeyd olunan sənədləri Mərkəzi Aran Regional Təhsil İdarəsində təşkil olunmuş komissiyaya təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

 

Tələb olunan sənədlər:

- şəxsiyyət vəsiqəsinin surəti;

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- əmək kitabçasının surəti;

- ali təhsil haqqında sənədin və əlavənin surəti.

 

Əlavə olaraq bildiririk ki, şagird sayı 150-dək olan məktəblər üzrə müraciət edən namizədlərlə video-çəkiliş təmin edilməklə yalnız müsahibə, şagird sayı 151-500 arası olan məktəblərə müraciət edən namizədlərə isə əvvəlcə test imtahanı, test imtahanından uğur qazanan namizədlərlə növbəti video-çəkiliş təmin edilməklə müsahibə mərhələsi təşkil ediləcəkdir.

 

Həmçinin bildiririk ki, sənədlərin qəbulu namizədlər üçün aşağıda qeyd olunan tələblərə müvafiq olaraq aparılacaqdır.

 

Namizədlər üçün tələblər:

- Pedaqoji ixtisas üzrə ali təhsil;

- 5 ildən az olmayaraq pedaqoji staj;

- Hazırda Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərən şəxslər.

 

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliiyində şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələri barədə məlumatlara aşağıdakı keçid linki vasitəsilə tanış ola bilərsiz.

 

Keçid linki:

 

Şagird sayı 150-dək olan məktəblər

Şagird sayı 151-500-dək olan məktəblər


Açar sözlər: ,