06.04.2023

Zərdabda məktəb direktorları ilə görüş keçirilib

Aprelin 6-da Zərdab şəhəri 1 nömrəli məktəb-liseydə rayonun ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə təhsil sektorunun müdiri Gülağa İsgəndərov, sektorun müvafiq əməkdaşları və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.

Görüşdə 9-cu siniflərin buraxılış imtahanlarının təşkili, müəllimlərin sertifikatlaşdırma prosesinə hazırlıq, 4-cü sinif şagirdləri üçün monitorinqlərin keçirilməsi, idman yarışlarına hazırlığın vəziyyəti və digər cari məsələlər müzakirə olunub.

Sonda məktəb direktorlarnın sualları cavablandırılıb, onlara müvafiq tapşırıq və tövsiyələr verilib.


Açar sözlər: ,