13.04.2023

Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək

Aprelin 15-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.

Qeyd edək ki, test imtahanı mərhələsi Yevlax şəhəri İ.Nəsimi adına 3 nömrəli tam orta məktəbdə (ünvan: Yevlax ş. C.Cabbarlı küçəsi 76) təşkil olunacaq. İmtahanın keçirilmə müddəti 80 dəqiqədir. Namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının,  əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim ediləcək. 

İmtahan saat 11:00-da başlayacaq.

İmtahanda iştirak edəcək namizədin imtahanın keçiriləcəyi binaya daxil olarkən şəxsiyyəti təsdiq edən sənədinin üzərində olmağı mütləqdir. Eyni zamanda namizədlər imtahan mərkəzinə imtahan müddəti başlamazdan 1 saat əvvəl yaxınlaşmalıdır.

Həmçinin direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak hüququ qazanan namizədlərin əlaqə nömrələrinə bu barədə SMS bildiriş göndərilib.

Test imtahanı mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,