15.04.2023

“Heydər Əliyev məktəblilərin gözü ilə” adlı inşa yazı müsabiqəsi keçirilib

Aprelin 15-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı inşa yazı müsabiqəsi keçirilib.

Qeyd edək ki, inşa yazı müsabiqəsi müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” 2022-ci il 14 dekabr tarixli F-709 nömrəli əmrindən irəli gələn tədbirlərin icra edilməsi məqsədilə təşkil olunub.

Müsabiqə Yevlax şəhəri M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbdə təşkil olunub, 48 nəfərin iştirak etdiyi müsabiqədə şagirdlər 90 dəqiqə ərzində ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu və müasir təhsilimizin inkişafındakı fəaliyyəti barədə inşa yazıblar.


Açar sözlər: ,  ,