17.04.2023

Ağdaşda məktəb psixoloqlarının qarşılıqlı əməkdaşlığına başlanılıb

Cari ilin aprel ayından Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş rayonunun ümumi təhsil müəssisələrində çalışan psixoloqların qarşılıqlı əməkdaşlığına başlanılıb.

Layihə boyunca təcrübəli, qabaqcıl iş təcrübəsi olan psixoloqlar tərəfindən yeni işə qəbul olunmuş və təcrübəsi az olan psixoloqların nəzəri və praktiki bilikləri inkişaf etdirilir, şagirdlərlə maarifləndirici görüşlər keçirilir.

Qeyd edək ki, layihənin məqsədi qabaqcıl iş tərcübəsinin öyrənilməsi və yayılması, psixoloji xidmətin düzgün təşkili, təhsil müəssisələrində təhlükəsiz və sağlam mühitin yaradılması və psixoloji biliklərə ehtiyaclarının ödənilməsinin təmin olunmasına yönəlmiş kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir.


Açar sözlər: ,  ,  ,