17.04.2023

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan idman yarışları keçirilib

7-12 aprel tarixlərində Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin VIII-X sinif şagirdləri arasında Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan basketbol, voleybol, mini-futbol və yunan-roma güləş idman növləri üzrə yarışların rayon (şəhər) mərhələsi keçirilib.

İdman yarışları yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, istedadlı və bacarıqlı şagirdlərin aşkara çıxarılması, şagirdlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” 2022-ci il 14 dekabr tarixli F-709 nömrəli əmrindən irəli gələn tədbirlərin icra edilməsi məqsədilə həyata keçirilir.

Qeyd edək ki, növbəti günlərdə idman yarışlarının final mərhələsinin təşkili nəzərdə tutulur.


Açar sözlər: ,  ,  ,