19.04.2023

Təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini və tam orta məktəblərdə vakant olan psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib

Aprelin 19-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini və tam orta məktəblərdə vakant olan psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Yevlax şəhəri İ.Nəsimi adına 3 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanda 94 nəfər iştirak edib.

İmtahan zamanı namizədlərə 60 dəqiqə müddətində məntiqi təfəkkürün yoxlanılması üzrə 5, dünyagörüşü üzrə 10 və müvafiq vəzifə üzrə təhsil və əmək qanunvericiliyinə dair 15 sual olmaqla 30 test tapşırığı təqdim olunub.

Qeyd edək ki, test imtahanında müvafiq keçid balını toplamış (keçid balı – 20 bal) namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Test imtahanı mərhələsində iştirak etmiş bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,