Aprelin 20-də Mərkəzi Aran Regional Təhsil İdarəsində təşkil olunmuş “Heydər Əliyev və Azərbaycan təhsili” adlı elmi-nəzəri konfransı çərçivəsində Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə Mingəçevir Dövlət Universiteti arasında 2023-cü il üzrə birgə Tədbirlər Planı imzalanıb.
İmzalanma mərasimində Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov iştirak edib.
Qeyd edək ki, Tədbirlər Planına uyğun olaraq Heydər Əliyevin zəngin dövlətçilik irsinin istiqamətləri mövzusunda elmi seminarların və mühazirələrin keçirilməsi, MDU-da pedaqoji ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdirilməsinə dair dəyirmi masaların təşkili, yeni işə təyin olunmuş gənc müəllimlər, eyni zamanda məktəb direktorları üçün ustad dərslərin keçirilməsi, o cümlədən istedadlı şagirdlərin aşkara çıxarılması və “Sabahın alimləri” müsabiqəsinə birgə hazırlığın keçirilməsi və digər müvafiq işlərin təşkili planlaşdırılır.