Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri elan olunub. Nəticələrə əsasən Mərkəzi Aran regionu üzrə 16 layihə qalib olub.
Layihələrdən 5-i ümumi təhsil müəssisələri, 11-i isə fərdi layihələr kateqoriyası üzrədir. Qalib layihələrdən 4-ü Mingəçevir şəhəri üzrə, 1-i Yevlax rayonu üzrə, 2-si Ağdaş rayonu üzrə, 3-ü Ucar rayonu üzrə, 4-ü Göyçay rayonu üzrə və 2-si isə Kürdəmir rayonu üzrədir.
Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib.
Qeyd edək ki, qrant qazanmış resipiyentlər layihələr üzrə müqavilələrin bağlanılması üçün yaxın günlərdə regional təhsil idarəsinə dəvət ediləcəklər.