08.08.2023

Yerli rayon (şəhər) üzrə təhsil sektorlarının əməkdaşları üçün təlim

Avqustun 7-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin strukturuna daxil olan yerli rayon (şəhər) üzrə təhsil sektorlarının bir qrup əməkdaşına təlim keçirilib.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati binasında keçirilən təlimdə vətəndaşların qəbulunun düzgün şəkildə həyata keçirilməsi və bu proses zamanı diqqət olunacaq məqamlar, kargüzarlıq işinin və kadr məsələlərinin düzgün təşkili, elektron sənəd dövriyyəsi sisteminin və elektron əmək bildirişləri (ƏMAS) portalının idarə olunması, ictimaiyyətlə əlaqələr və təhsil müəssisələrində texniki və digər pedaqoji vəzifələrə işə qəbul prosesinin tətbiqi mövzularında çıxışlar edilib.

Təlimin keçirilməsində məqsəd əməkdaşların təlim modulları üzrə peşəkar bilik və bacarıqlarının, lazımi səriştələrinin artırılması, onlar arasında kommunikasiyanın düzgün təşkil olunmasından ibarətdir.