Avqustun 8-də Mərkəzi Aran Regional Təhsil İdarəsində Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov, İnzibati təşkilat sektorunun müdiri Elmin Məmmədtağıyev və 16 nəfər qalib layihələrin rəhbərləri iştirak edib.
Görüşdə çıxış edən təhsil idarəsinin müdir müavini Cavad Cavadov müsabiqənin başlıca məqsədinin təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarət olduğunu qeyd edib. Həmçinin müdir müavini müsabiqənin əhəmiyyəti və vacibliyi barədə danışaraq layihə qaliblərini təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra görüşdə görüləcək işlər və qarşıda duran planlar barədə məsələlər müzakirə olunub.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələrinə əsasən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən “Ümumi təhsil müəssisələri" kateqoriyası üzrə 5, “Fərdi layihələr” kateqoriyası üzrə isə 11 olmaqla, ümumilikdə 16 layihə qalib olub.