14.08.2023

Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib

Avqustun 14-dən Mərkəzi Aran Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və hazırda direktor vəzifəsi vakant ümumi təhsil müəssisələrinə direktorların işə qəbul üzrə müsabiqənin növbəti mərhələsi olan müsahibə mərhələsinə başlanılıb.

Bu mərhələdə 75 nəfər namizədin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.

Müsahibə mərhələsində ümumi olaraq namizədlərin direktorluq üçün zəruri olan texniki bilikləri, yumşaq bacarıqları və liderlik keyfiyyətləri yoxlanılır.

Müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,