16.08.2023

Lisey və məktəb-liseylərə şagird qəbuluna başlanılır

2023/2024-cü tədris ili üzrə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən lisey və məktəb-liseylərə şagird qəbuluna start verilir. Şagird qəbulu Regional Təhsil İdarəsi tərəfindən VII, VIII və IX siniflər üzrə mərkəzləşdirilmiş qəbul imtahanı vasitəsilə aparılacaq. Ərizə qəbulu prosesi 21 avqust tarixinədək davam edəcək.

İmtahan zamanı şagirdlərə tədris dili, riyaziyyat və müvafiq profil fənləri üzrə tapşırıqlar təqdim ediləcək.

 

Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və məktəb-liseylərin siyahısı ilə tanış ola bilərsiniz.

 

  • Mingəçevir şəhər R.Muradov adına Texniki-humanitar lisey;
  • Mingəçevir şəhər Təbiət, riyaziyyat və humanitar elmlər təmayüllü lisey;
  • Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli məktəb-lisey;
  • Ucar şəhər 1 nömrəli Texniki və humanitar fənlər təmayüllü lisey;
  • Zərdab şəhər H.Zərdabi adına 1 nömrəli məktəb-lisey;
  • Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 1 nömrəli məktəb-lisey.
  •  

Qeyd edək ki, Mingəçevir şəhər R.Muradov adına Texniki-humanitar  və Mingəçevir şəhər Təbiət, riyaziyyat və humanitar elmlər təmayüllü liseylərinə şagird qəbuluna ərizə qəbulu https://sy.edu.az portalı üzərindən həyata keçirilir və valideynlər (və ya qanuni nümayəndə) portal üzərindən şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Ümumtəhsil məktəbi” düyməsini sıxmaqla müraciət etməlidirlər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala uyğun olaraq təhsil almaq istədikləri liseyi seçə bilərlər. Digər məktəb-liseylərə şagird qəbulu ilə bağlı isə valideynlər (və ya qanuni nümayəndə) qeyd olunan təhsil müəssisəsinə yaxınlaşaraq müraciət edə bilərlər.

Sözügedən lisey və məktəb-liseylərə şagird qəbulu ilə bağlı imtahanların tarixi barədə öncədən məlumat bildiriləcəkdir.


Açar sözlər: ,  ,