16.08.2023

Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir

Avqustun 14-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və hazırda direktor vəzifəsi vakant ümumi təhsil müəssisələrinə direktorların işə qəbul üzrə müsabiqənin növbəti mərhələsi olan müsahibə mərhələsinə başlanılıb.

Qeyd edək ki, müsahibələr 14-19 avqust tarixləri aralığında Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati binasında keçiriləcək.

Müsahibə mərhələsində ümumi olaraq namizədlərin direktorluq üçün zəruri olan texniki bilikləri, yumşaq bacarıqları və liderlik keyfiyyətləri yoxlanılır.

Müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,