23.08.2023

Qabaqcıl, peşəkar müəllim məlumat bazası formalaşdırılır

Dövlət ümumi və məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji fəaliiyyəti ilə fərqlənən, yüksək peşə səriştələrinə malik, nüfuzlu, təhsilin inkişafında xüsusi xidmətləri olan, eləcə də yaradıcı müəllimlərin (tərbiyəçi-müəllim) karyerada yüksəliş imkanlarının təmin edilməsi, əməyinin stimullaşdırılması, təhsilverənlərin peşəkar inkişafında bələdçi rolunda dəstək göstərməsi məqsədilə onların məlumatlarından ibarət elektron məlumat bazası formalaşdırılır.

 

Qeyd olunan meyarlara malik müəllimlər müəssisə rəhbərliyinə (direktor, direktor müavini, həmkarlar təşkilatının sədri) və ya müvafiq rayon (şəhər) üzrə təhsil sektorlarına müraciət edə bilərlər.

 

Qeydiyyat 24-30 avqust 2023-cü il tarixlərində aparılacaqdır.

 

Namizədlər üçün tələb olunan mütləq meyarlar:

 

- Pedaqoji təcrübə- azı 10 il

- Qiymətləndirmə nəticəsi- 70%-dən yuxarı;

- Barəsində son 1 ildə intizam tənbehinin olmaması.

 

Ən azı birinin olması mütləq olan meyarlar:

 

- Təhsildə innovasiyalar üzrə qrant müsabiqə qalibi olması;

- İlin ən yaxşı müəllimi müsabiqəsinin qalibi olması;

- Şagirdlərinin son 5 ildə fənn olimpiadalarında qalib olması;

- Şagirdlərinin son 3 ildə fənn müsabiqələrində qalib olması;

- Şagirdlərinin son 3 ildə Lütfi Zadə adına məntiq olimpiadasında qalib olması; (şagirdə dərs deyən ibtidai sinif müəllimi də nəzərə alına bilər)

- Şagirdlərinin beynəlxalq olimpiadalarda qalib olması;

- Şagirdlərinin ən yaxşı təqdimat müsabiqəsində qalib olması;

- IV sinif monitorinqlərinin nəticələri; (şagirdlərinin sinif üzrə 65%-dən yüksək nəticə toplaması)

- IX və XI sinif buraxılış imtahanlarının nəticələri; (şagirdlərinin sinif üzrə ümumi 50%-dən yüksək nəticə toplaması)

- Şagirdlərinin respublika miqyaslı idman və ya yaradıcılıq müsabiqələrində qalib olması

 

Arzuolunan əlavə meyarlar (mütləq deyil):

 

Hər hansı təltifə sahib olması

- ETN təşəkkürnaməsi;

- ETN Fəxri Fərmanı;

- Qabaqçıl təhsil işçisi döş nişanı.

Yerli və ya beynəlxalq müsabiqə/ layihədə iştirak

 

- eTwnning layihəsi

- Bir müəllim manifesti

- RTİ tərəfindən təltifin olması;

- Dərslik müəllifi olması.

 

Qeyd edək ki, bununla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinə rəsmi məlumat ünvanlanıb.

 

Həmçinin seçim prosesindən narazı olan müəllimlər Mərkəzi Aran Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin "146-0-3" nömrəli telefonuna zəng edə və ya İdarənin (+994) 50 867 95 71 “Whatsapp” nömrəsinə yaza bilərlər.

 


Açar sözlər: ,