Avqustun 24-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqəyə start verilib.
Müsabiqə 4 mərhələdən (qeydiyyat, sənədlərin yoxlanması, test və müsahibə) ibarət olacaq.
Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 01 sentyabr tarixinədək Mərkəzi Aran Regional Təhsil İdarəsinə yaxınlaşmaqla və ya elektron qaydada https://bitly.ws/SVu4 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Tələb olunan sənədlər:
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti;
- ali təhsil haqqında sənədin və əlavənin surəti.
Həmçinin bildiririk ki, sənədlərin qəbulu namizədlər üçün aşağıda qeyd olunan tələblərə müvafiq olaraq aparılacaqdır.
Namizədlər üçün tələblər:
- pedaqoji ixtisas üzrə ali təhsil;
- 3 ildən az olmayaraq pedaqoji staj;
- hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.
Tələblərə cavab verən namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar. Test imtahanında namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilir.
Sualların yarısını düzgün cavablandırmış namizədlər növbəti mərhələyə buraxılırlar. Test imtahanı nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Müsahibə zamanı yoxlanılacaq meyarlar:
- Vəzifə üzrə praktiki biliklər;
- İdarəetmə bacarıqları;
- Şəxsi keyfiyyətlər.
Aşağıdakı keçid vasitəsilə sözügedən vəzifələrə işə qəbulla bağlı ən çox verilən sual və cavabları, eyni zamanda vakant yerlərin siyahısı ilə tanış ola bilərsiniz:
Sual-cavab linki: https://bitly.ws/xmG
Vakansiya linki: https://bitly.ws/SVuM