07.09.2023

Məktəb direktorları üçün keçirilən maarifləndirici təlimlər davam edir

Avqustun 31-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları üçün maarifləndirici təlimlərə start verilib.

 

Microsoft Teams platforması vasitəsilə onlayn keçirilən təlimin növbəti görüşləri “Təmayül siniflərin təşkili qaydaları”, “Dərs cədvəllərinin tərtib olunması” və “Dərs bölgüsünün aparılmasına qoyulan

tələblər” mövzularına həsr olunub.

 

Təlimdə çıxış edən Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov və Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseyin direktoru Nailə Məmmədova ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayül siniflərinin təşkili, dərs cədvəllərinin tərtib olunması zamanı yol verilən nöqsanlar və onun düzgün tərtib olunması, eyni zamanda dərs bölgüsünün mğvcud qanunvericiliyin tələblərinə uyğun aparılması və dərs bölgüsü zamanı pedaqoji prinsiplərin gözlənilməsi məsələlərinə toxunulub.

 

Sonda görüş iştirakçılarının təklifləri dinlənilib, müvafiq istiqamətdə sualları cavablandırılıb.

Qeyd edək ki, məktəb direktorları üçün maarifləndirici təlimlərin mütəmmadi olaraq keçirilməsi nəzərdə tutulur.


Açar sözlər: ,