Oktyabrın 2-də Kürdəmir şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbdə #TəhsilMasası adlı layihənin növbəti görüşü keçiriləcək.
Layihənin məqsədi ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərlə maarifləndirici görüşlərin keçirilməsi, onları maraqlandıran sual, təklif və şikayətlərin yerində dinlənilməsi və həll olunması, təlim-tədris prosesinin daha da təkmilləşdirilməsi və inkişafı istiqamətində mühüm addımların atılmasıdır.
Kürdəmir şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbdə baş tutacaq görüşdə ilk olaraq saat 12:00-da sözügedən məktəbin rəhbər və kollektivi ilə görüş keçiriləcək və daha sonra 14:00-da qeyd olunan rayonun ümumi təhsil müəssisələrində çalışan və dərs yükü bölgüsündən, təlim-tədris prosesinin təşkili və idarəetməsindən narazı olan bütün təhsilverənlər həmin görüşdə iştirak edə bilərlər.
Qeyd edək ki, layihə davamlı olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi 1 şəhər və 6 rayonda təşkil olunacaqdır.