27.09.2023

GÇH rəhbəri vəzifəsi üzrə müsahibə keçirilib

26-27 sentyabr tarixlərində Mərkəzi Aran Regional Təhsil İdarəsində tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Test imtahanının nəticələrinə əsasən, 32 nəfər namizəd müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün dəvət edilib. Müsahibə zamanı namizədlərin şəxsi keyfiyyətləri, idarəetmə üzrə bacarıqları və vəzifə üzrə nəzəri bilikləri yoxlanılıb.

Qeyd edək ki, müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə təyinat alacaqlar.


Açar sözlər: ,