Sentyabrın 30-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 36 ümumi təhsil müəssisəsində məntiq dərnəklərinin fəaliyyət göstərməsi ilə bağlı qeydiyyatdan keçən şəxslər üçün qiymətləndirmə mərhələsi təşkil olunacaq.
Qiymətləndirmə mərhələsi Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseydə (ünvan: Mingəçevir şəhər R.Rza küçəsi) kompüter vasitəsilə təşkil olunacaq.
İmtahan saat 10:00-da başlayacaq və namizədlərə məntiqi təfəkkürünün yoxlanılması üzrə 30 sual təqdim olunacaq. Sualların yarısını düzgün cavablandıran namizədlər növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.
İmtahanda iştirak edəcək namizədin imtahanın keçiriləcəyi binaya daxil olarkən şəxsiyyəti təsdiq edən sənədinin üzərində olmağı mütləqdir. Eyni zamanda namizədlər imtahan mərkəzinə imtahan müddəti başlamazdan 30 dəqiqə əvvəl yaxınlaşmalıdır.
Həmçinin məntiq dərnəyinə işə qəbulla bağlı qiymətləndirmə mərhələsində iştirak hüququ qazanan namizədlərin mobil əlaqə nömrələrinə SMS bildiriş və ya zəng vasitəsilə məlumat bildiriləcək.
İştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!
Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərnəklərin təşkili və idarəolunması Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydaları"na uyğun olaraq aparılır.