09.10.2023

Mingəçevirdə #TəhsilMüzakirəsi adlı layihənin növbəti görüşü keçiriləcək

Oktyabrın 11-də Mingəçevir şəhər İ.Qayıbov adına 10 nömrəli tam orta məktəbdə #TəhsilMüzakirəsi adlı layihənin növbəti görüşü keçiriləcək.

Layihənin məqsədi ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərlə maarifləndirici görüşlərin keçirilməsi, onları maraqlandıran sual, təklif və şikayətlərin yerində dinlənilməsi və həll olunması, təlim-tədris prosesinin daha da təkmilləşdirilməsi və inkişafı istiqamətində mühüm addımların atılmasıdır.

Mingəçevir şəhər İ.Qayıbov adına 10 nömrəli tam orta məktəbdə baş tutacaq görüşdə ilk olaraq saat 14:00-da sözügedən məktəbin rəhbər və kollektivi ilə görüş keçiriləcək və daha sonra 15:00-da qeyd olunan şəhərind ümumi təhsil müəssisələrində çalışan və dərs yükü bölgüsündən, təlim-tədris prosesinin təşkili və idarəetməsindən narazı olan bütün təhsilverənlər həmin görüşdə iştirak edə bilərlər.

Qeyd edək ki, layihə davamlı olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi 1 şəhər və 6 rayonda təşkil olunacaqdır.


Açar sözlər: ,  ,