11.10.2023

Təhsil İdarəsinin müdiri Mingəçevirdə vətəndaşları qəbul edib

Oktyabrın 11-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Mingəçevir şəhərində həmin şəhər qeydiyyatında olan sakinləri qəbul edib.

 

Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, dərs yükünün bölgüsü, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə bağlı müraciət ediblər.

 

İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyəti üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.