20.10.2023

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Statistik olimpiadanın birinci mərhələsi keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Statistik olimpiadanın birinci mərhələsi keçirilib

 

Oktyabrın 19-da Azərbaycan Dövlət Statistika Komitəsinin təşkilatçılığı ilə ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Statistik olimpiadasının birinci mərhələsi keçirilib.

 

3 mərhələdən ibarət olmaqla təşkil olunan olimpiadanın birinci mərhələsində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsilalan 476 nəfər şagird iştirak edib.

 

Qeyd edək ki, müsabiqənin bu mərhələsində uğur qazanmış şagirdlər növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.

 

Statistik olimpiadanın keçirilməsində əsas məqsəd yuxarı sinif şagirdlərinin statistikaya marağını artırmaq, statistik biliklərə malik istedadlı şagird və tələbələri aşkar etmək, onları həvəsləndirmək və intellektual inkişaflarına təkan vermək, statistik kadr hazırlığı potensialını gücləndirmək, statistik savadlılığı dərinləşdirmək, cəmiyyətdə Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə, onun milli statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və dünya statistika sisteminə inteqrasiyası ilə bağlı roluna, ümumilikdə statistika sisteminin inkişafına verdiyi töhfələrə dair məlumatlılığın daha da artırılmasıdır.

 

Mərkəzi Aran Regional Təhsil İdarəsi statistik olimpiadada iştirak edən şagirdlərə uğurlar arzulayır!