24.10.2023

Məktəb direktorları üçün keçirilən maarifləndirici təlimlər davam edir

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları üçün keçirilən maarifləndirici təlimlər davam edir.

Microsoft Teams platforması vasitəsilə onlayn keçirilən təlimin növbəti görüşü “Məktəb sənədlərinin aparılması və işlənilməsi dair təlimat” mövzusuna həsr olunub.

Təlimdə çıxış edən Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfael Məmmədov ümumi təhsil müəssisələrində tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin düzgün aparılması, məlumatların dəqiq işlənilməsi və eləcə də sənədlərinin düzgün tərtibi və keyfiyyətlə yerinə yetirilməsinə məktəb direktorlarının birbaşa məsuliyyət daşıdığını qeyd edib və digər zəruri məsələlərə toxunub.

Sonda görüş iştirakçılarının təklifləri dinlənilib, müvafiq istiqamətdə sualları cavablandırılıb.

Qeyd edək ki, məktəb direktorları üçün maarifləndirici təlimlərin mütəmmadi olaraq keçirilməsi nəzərdə tutulur.


Açar sözlər: ,