24.10.2023

Kürdəmirdə direktor müavini və təşkilatçılarla görüş

Oktyabrın 24-də Kürdəmir şəhər R.Quliyev adına 5 nömrəli tam orta məktəbdə Kürdəmir rayonunun tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı vəzifəsində çalışan şəxslərlə görüş keçirilib.

Görüşdə Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfael Məmmədov və rayonun ümumi təhsil müəssisələrində çalışan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı vəzifəsində çalışan təhsil işçiləri iştirak edib.

Təhsil sektorunun müdiri Rəfael Məmmədov çıxış edərək 2023-2024-cü tədris ilində qarşıda duran vəzifələr, tədrisin vəziyyəti, məktəbdaxili və məktəbdənkənar tədbirlərin həyata keçirilməsi, olimpiada, müsabiqə və yarışlara hazırlıq məsələləri barədə danışıb.

Daha sonra ümumi müzakirələr aparılıb və tövsiyələr verilib.


Açar sözlər: ,