25.10.2023

"Əmək və məşğulluq altsistemi (ƏMAS) üzərində əmək münasibətlərinin düzgün tənzimlənməsinə” dair təlim

Oktyabrın 24-də Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli tam orta məktəbdə "Əmək və məşğulluq altsistemi (ƏMAS) üzərində əmək münasibətlərinin düzgün tənzimlənməsinə” dair təlim keçirilib.

Təlimdə Aran Regional Məşğulluq filialının Ağdaş rayon xidməti şöbəsinin müdiri Anar Əzməmmədov, Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri Leyla Bayramova, müvafiq struktur bölmənin əməkdaşları və Ağdaş rayonunun ümumi, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

Təlim zamanı Əmək və məşğulluq altsistemi (ƏMAS) üzərində yaranmış problemlər, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin düzgün aparılması, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi  və eləcə də bununla bağlı təhsil işçilərinin zəruri bilik-bacarıqların artırılması istiqamətində məlumat bildirilib.

Qeyd edək ki, sözügedən təlimlərin mütəmadi olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan 1 şəhər və 6 rayonda təşkil olunması nəzərdə tutulur.


Açar sözlər: ,