25.10.2023

Təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı görüş

Oktyabrın 25-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı tədbirlərinə dair görüş keçirilib.

Microsoft Teams platforması üzərindən keçirilən görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Cavad Cavadov, struktur bölmə rəhbərləri və əməkdaşları iştirak edib.

Görüşdə çıxış edən təhsil idarəsinin müdiri Elçin Kərimov təhsil müəssisələrinin cari tədris ilində istilik təminatının aparılması və təmin olunması, mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunmuş müəssisələrdə fəaliyyət göstərən qazanxanaların payış-qış mövsümünə hazırlığı məqsədilə yoxlamaların aparılması, eləcə də ocaqçı vəzifəsində çalışan şəxslərə təlimlərin keçirilməsi müzakirə olunub və istilik sistemlərində mövcud və yaxud yarana biləcək problemlərin həlli istiqamətində görüləcək işlərlə bağlı struktur bölmə rəhbərlərinə tapşırıqlar verib.


Açar sözlər: ,