27.10.2023

Məktəb direktorları üçün keçirilən maarifləndirici təlimlər davam edir

Oktyabrın 27-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları üçün növbəti  təlim təşkil olunub.

Microsoft Teams platforması vasitəsilə onlayn keçirilən təlimin növbəti görüşü “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzusuna həsr olunub.

Təlimdə çıxış edən İnzibati təşkilat sektorunun əməkdaşı Rüstəm Aslanov ictimaiyyətlə əlaqələr işinin təşkili, sosial şəbəkə hesablarında Mərkəzi Aran RTİ-nin gördüyü işlər, sosial media hesablarının mövcud qaydalara uyğun idarə olunması, eləcə də informasiya mətninin düzgün yazılması və fotoşəkillərin çəkilməsinə olan tələblər barədə danışıb. Daha sonra böhran kommunikasiyası nədir və böhran baş verən zaman davranış qaydalarını diqqətə çatdırıb.

Sonda görüş iştirakçılarının təklifləri dinlənilib, müvafiq istiqamətdə sualları cavablandırılıb.

Qeyd edək ki, məktəb direktorları üçün maarifləndirici təlimlərin mütəmmadi olaraq keçirilməsi nəzərdə tutulur.


Açar sözlər: ,