Noyabrın 6-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.
Mərkəzi Aran RTİ-nin inzibati binasında keçirilən müsahibədə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış və iştirak etmək hüququ qazanan 7 nəfər namizəddən 6 nəfəri iştirak edib.
Qeyd edək ki, müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilib. Namizədlər müsahibə mərhələsində uğur qazanmaq üçün 3 meyar üzrə maksimum 5, minimum 3,5 bal toplamalıdırlar.