Noyabrın 16-da məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə Mingəçevir şəhərində 4 mərkəzdə təşkil olunan test imtahanına 416 nəfər namizəd dəvət olunub.
Qeyd edək ki, imtahanı gedişatını Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və struktur bölmə rəhbərləri izləyib.
Test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılır. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri 1 bal olaraq hesablanacaq. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.
Müsabiqədə iştirak etmiş namizədlərə uğurlar arzulayırıq!