16.11.2023

Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin diaqnostik qiymətləndirilməsi keçirilib

Noyabrın 16-da dövlət ümumi təhsil müəssisələrində işləyən gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması və təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə diaqnostik qiymətləndirmə prosesi təşkil olunub.

Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə Mingəçevir şəhərində 4 mərkəzdə təşkil olunan test imtahanına 80 nəfər namizəd dəvət olunub.

Test imtahanının gedişatını Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və struktur bölmə rəhbərləri izləyib.

Qeyd edək ki, test imtahanlarında hər müəllimə tədris etdiyi fənnə dair 50 sual, tədris metodikası və təlim strategiyalarına dair isə 10 sual təqdim olunub və test tapşırıqlarının cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılıb.

Diaqnostik qiymətləndirmədə iştirak etmiş namizədlərə uğurlar arzulayırıq!