17.11.2023

Məktəblilərimiz 10 layihə ilə SAF 2023-də iştirak edəcək

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 4 – 8 dekabr 2023-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək SAF 2023-də 27 nəfər məktəblimiz 10 komanda şəklində festivala qatılacaq.

Festivala Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü və R.Muradov adına Texniki humanitar liseylərinin hər biri üzrə 4 komandası, Mingəçevir şəhər D.Nağıyev adına 9 nömrəli tam orta məktəbin, Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü gimnaziyanın və Ucar şəhər 2 nömrəli tam orta məktəbin hər biri üzrə 1 komandası vəsiqə qazanıb.

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsidir. 

STEAM təhsil metodu 5 əsas disiplinin birgə təşkilidir. Bu metod elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. 

Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2023)  iştirak edəcək şagirdlərimizə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,  ,